"Qarabağ"ın U-15 komandası 1/4 finala yüksəldi
Əziz Əzizli
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində növbəti oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçisi olduğu U-15 beynəlxalq turnir qrup mərhələsində son matçına çıxıb.
Ağdam təmsilçisi III turda Belarusun BATE klubu ilə görüşüb. Oyun 1:1 hesabı ilə başa çatıb. “Qarabağ”ın qoluna 25-ci dəqiqədə Murad İbrahimli imza atıb.
İlk iki turda Rusiya təmsilçiləri “Zvezda” və “Olimpik”i eyni – 2:0 hesabı ilə məğlub edən "atlılar" qrup mərhələsini 7 xalla başa vurub. “Qarabağ” B qrupunda 1-ci yeri tutub. U-15 bununla da 1/4 finala yüksəlib.
Qeyd edək ki, növbəti mərhələnin matçları sabah keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net