http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

AAYDA: “Böyük İpək yolu”nun tərkib hissəsi olan magistralın genişləndirilməsi işləri yekunlaşır

09 Fevral 2024 , 10:46
AAYDA: “Böyük İpək yolu”nun tərkib hissəsi olan magistralın genişləndirilməsi işləri yekunlaşır

“Böyük İpək yolu”nun tərkib hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 130 km-lik Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilərək yekunlaşdırılır.

"Operativ Media"nın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbərinə görə, layihəyə əsasən torpaq yatağının ümumi eni 27.5 metrdir. Hər birinin eni 3.75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü olacaq.

Hazırda tikinti işləri magistralın 28 km-lik Qazaxbəyli-Gürcüstan sərhədi hissəsində, yəni layihənin 102.2-130.15-ci km-lik hissəsində davam etdirilir.

Ümumilikdə layihəyə əsasən torpaq yatağının tikintisi yekunlaşır, bundan başqa hazırda dənəvər tərkibli əsasın tikintisi, suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri davam etdirlir. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri də görülür.

Ümumilikdə sözügedən hissə boyu (km 102-km130.150) 4 yol qovşağı və ötürücüsü, 2 çay körpüsü, 14 yeraltı keçid, 13 düzbucaqlı su keçidi, 68 dairəvi suötürücü boru inşa edilir. Layihəyə uyğun olaraq, zəruri yerlərdə 28 avtobus dayanacağı quraşdırılır. Artıq sözügedən hissədə süni qurğuların tikintisi 74% yerinə yetirilib. Ümumi tikinti işlərinin yerinə yetirilmə faizi isə 90% təşkil edir.

Tikinti işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında keyfiyyətlə aparılır.

Uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir.

Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır.

Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq.

Xatırladaq ki, magistralın Gəncə-Qazax-Gürcüstan sərhədi hissəsində tikinti işləri 3 Lot üzrə icra olunur. 1 və 2-ci Lot, həmçinin 3-cü Lot-un bir hissəsi üzrə tikinti işləri artıq yekunlaşıb və 2023-cü ilin avqust ayının 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun ümumi uzunluğu 102 kilometr olan sözügedən Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.

“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yolun bu hissəsində 67 alt keçid, 19 qovşaq və 17 (36 ədəd) körpünün tikintisi də başa çatdırılıb.

OXŞAR XƏBƏRLƏR
Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb - FOTO

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb - FOTO

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat nazirinin müavini Sabirabadda vətəndaşları qəbul edib - FOTO

Azərbaycanda 5 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycanda 5 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

XƏBƏR LENTİ
  • Dünən
    23:21

    Pentaqon: Çin ABŞ-nin təhlükəsizliyi üçün ən böyük problemdir
  • Dünən
    23:14

    "Qarabağ" - "Bayer" oyununun biletləri satışa çıxarılır
  • Dünən
    23:03

    Livanın baş naziri: Qəzzada atəşkəs sakitliyə yol açacaq
  • Dünən
    22:51

    Tanzaniyanın keçmiş prezidenti Əli Həsən Mvinyi vəfat edib
  • Dünən
    22:36

    Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub
    Azərbaycan-Braziliya siyasi məsləhətləşmələri baş tutub
  • Dünən
    22:22

    Şolts: Ukraynada nə Almaniya ordusu, nə də NATO qoşunları olacaq
  • Dünən
    22:08

    Yunanıstanda tələbələr və müəllimlər 8-ci dəfə küçələrə çıxıblar
  • Dünən
    21:53

    Rusiya: Qəzzada axan qan dayandırılmalıdır
Menyu