http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

09 Fevral 2024 , 12:35
SOCAR dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir.

SOCAR-dan "Operativ Media"ya bildirilib ki, bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir.

“Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla (“fake news”) bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur. SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur. Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır. SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Daxili İşlər Nazirliyinə təqdim olunur. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir. Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir. Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik”, - deyə SOCAR-ın yaydığı məlumatda qeyd olunur.

Eyni zamanda, vətəndaşlardan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları [email protected] ünvanına göndərmələri xahiş olunur: “Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əsas yaradır”.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu