Menyu

Yaşayış binasındakı liftdə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib

Nərmin Qocamanlı
Yaşayış binasındakı liftdə köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Gəncə prospektində və Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryoqin küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, dərhal əraziyə FHN-in müvafiq olaraq Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Əlaqəli Xəbərlər