Rəqəmsal inkişaf və nəqliyyat naziri Xaçmazda vətəndaşları qəbul edib
Nərmin Qocamanlı
Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Xaçmaz şəhərində vətəndaşları qəbul edib.
"Operativ Media" nazirliyə istinadən xəbər verir ki, qəbulda Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.
Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb, nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olun
Teqlər:
"R\u0259q\u0259msal inki\u015faf v\u0259 n\u0259qliyyat naziri Xa\u00e7mazda v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul edib"