Menyu

Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib - YENİLƏNİB

Nərmin Qocamanlı
Kürdəmir sakini anası və qonşusunu qətlə yetirib - YENİLƏNİB

Fevralın 9-da saat 11 radələrində Kürdəmir rayonunun Şıxımlı kəndində  3 nəfərə kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Kürdəmir rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla Kürdəmir rayonunun Şıxımlı kənd sakini İ.Alıyevin yaşadığı kəndin ərazisində anası N.Əliyeva və həmkəndlisi F.Şükürova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsi, tanışı V.Məmmədova isə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, İ.Alıyev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

13:35

Bu gün saat 12 radələrində Kürdəmir rayonunun Şıxımlı kənd sakini, 1981-ci il təvəllüdlü İlham İsa oğlu Alıyev yaşadığı evdə anası, 1949-cu il təvəllüdlü Nəsibə Soltan qızı Aliyevaya və həmkəndlisi, 1970-ci il təvəllüdlü Vüqar Davud oğlu Məmmədova, daha sonra isə kənd ərazisində digər bir həmkəndlisi, 1980-ci il təvəllüdlü Famil Oqtay oğlu Şükürova kəsici-deşici alətlə xəsarətlər yetirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, hadisə nəticəsində N.Aliyeva və F.Sükürov ölüb, V.Məmmədov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisəni törədən şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

Teqlər:

"K\u00fcrd\u0259mir sakini anas\u0131 v\u0259 qon\u015fusunu q\u0259tl\u0259 yetirib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər