http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Müşfiqabadda yaşayış binasında yanğın baş verib

09 Fevral 2024 , 14:55
Müşfiqabadda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə yanğın baş verdiyi müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 75 kv.m. olan üçotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 kv.m. sahədə yanıb. Qonşu mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Mənzilin böyük hissəsi və bitişik mənzillər yanğından mühafizə olunub.

OXŞAR XƏBƏRLƏR
Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib

XƏBƏR LENTİ
  • 00:03

    İran rəhbərliyi paytaxtı Tehrandan köçürmək niyyətindədir
  • Dünən
    23:36

    Keniyada uşaq yataqxanasında baş vermiş yanğında ölənlərin sayı 21-ə çatıb
  • Dünən
    23:12

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında üçüncü dəfə medal qazanan Raman Saleyi təbrik edib
  • Dünən
    22:49

    Ermənistanda polisə atəş açılıb
  • Dünən
    22:04

    UNFCCC-nin texniki missiyası COP29-a hazırlığı qiymətləndirmək üçün Azərbaycanda səfərdədir
  • Dünən
    21:50

    Paris-2024: Azərbaycan təmsilçiləri paralimpiadanı 11 medalla başa vurublar
  • Dünən
    21:45

    Raman Saley Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb
  • Dünən
    21:10

    Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan İlham Zəkiyevi təbrik edib
Menyu