http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Baş prokuror Saatlı rayonunda vətəndaşları qəbul edib

09 Fevral 2024 , 15:56
Baş prokuror Saatlı rayonunda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılmaqla onların ərizə və şikayətlərinin yerində dinlənilərək həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, fevralın 9-da Baş prokuror Kamran Əliyev Saatlı rayon prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib.

Qəbulda iştirak edən 86 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

OXŞAR XƏBƏRLƏR
DSMF: Himalay Məmişovun İseveçrədə guya infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

DSMF: Himalay Məmişovun İseveçrədə guya infarkt keçirməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yollar buz bağlayacaq

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

XƏBƏR LENTİ
  • 06:27

    Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
    Bolqarıstan parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
  • Dünən
    23:10

    İsrail Qəzzada atəşkəslə bağlı danışıqları boykot edib
  • Dünən
    22:08

    Fransız fermerlər yenidən etirazlara başlayırlar
  • Dünən
    21:12

    Gürcüstan Bakı və İrəvana danışıqlar üçün platforma təklif edir
  • Dünən
    21:11

    "Qarabağ" böyükhesablı qələbə qazandı
  • Dünən
    20:56

    Antalya Diplomatiya Forumu başa çatıb
  • Dünən
    20:18

    Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
    Ombudsman: Mina xəritələrinin Bakıya verilməsi üçün beynəlxalq ictimaiyyət İrəvana təzyiq göstərməlidir
  • Dünən
    19:35

    Rusiya gələn aydan etibarən neft ixracını azaldır
    Rusiya gələn aydan etibarən neft ixracını azaldır
Menyu