http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb

09 Fevral 2024 , 16:07
Ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər açıqlanıb.

"Operativ Media" İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, ötən il ən çox girov qoyulan ərazilər Bakı, Abşeron və Sumqayıt olub.

Bildirilib ki, Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45.532 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81.762 əmlakdan 16.750-si torpaq sahəsinin, 11.866-sı isə fərdi yaşayış evinin payına düşür.

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

2023-cü il ərzində 42.484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52%-ni təşkil edir. Bakıdan sonra ipotekanın ən çox dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10894 müqavilə), 2 saylı Sumqayıt (4613 müqavilə), 5 saylı Xaçmaz (3878 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (3871 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

 Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26 müqavilə) ərazi idarələridir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar  

2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (215 müqavilə) və 8 saylı Cəlilabad (239 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu