Menyu

Şirvan sakinlərindən odlu silah təhvil götürülüb

Nərmin Qocamanlı
Şirvan sakinlərindən odlu silah təhvil götürülüb
1 dəq oxu

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, aparılan tədbirlər nəticəsində 7 nəfər şəhər sakini müvafiq sənədləri olmayan, müxtəlif marka və kalibrli ov silahlarını könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Əlaqəli Xəbərlər