Menyu

Masallıda keçmiş məhkumda silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Masallıda keçmiş məhkumda silah-sursat aşkarlanıb

Masallıda keçmiş məhkumda tapança aşkarlanıb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat verib.

Belə ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Ramil Şiriyev Ərkivan qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan "Makarov" modelli tapança və həmin silaha aid 8 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər:

"Masall\u0131da ke\u00e7mi\u015f m\u0259hkumda silah-sursat a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər