Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya olunub
Nərmin Qocamanlı
Qazaxıstan beynəlxalq axtarışda olan daha bir şəxsi ölkəmizə ekstradisiya edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Belə ki, Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib.
Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.
Teqlər:
"Beyn\u0259lxalq axtar\u0131\u015fda olan daha bir \u015f\u0259xs Az\u0259rbaycana ekstradisiya olunub"