Menyu

Ağcabədidə qanunsuz ov edən 2 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ağcabədidə qanunsuz ov edən 2 nəfər saxlanılıb
1 dəq oxu

Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər