Ötən ay əməkhaqqı fondunda 0,9 faiz artım qeydə alınıb
Nərmin Qocamanlı
Məşğulluq imkanlarının artırılması, qeyri-rəsmi məşğulluğun leqallaşdırılması istiqamətində görülən kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım dinamikası davam edir. 2024-cü ilin yanvar ayında ölkəmizdə əmək müqavilələrinin sayı 7,2 min müqavilə və ya 0,4 faiz artaraq 1 mln. 816 min olub.
Bu barədə "Operativ Media"ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artımla nəticələnir:
"Bu ilin ilk ayında əməkhaqqı fondunda daha 0,9 faiz artım qeydə alınıb. Ümumilikdə 2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 38 faiz, əməkhaqqı fondunda 2,7 dəfə artım baş verib".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net