http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

10 Fevral 2024 , 14:26
Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Vəkillərin İntizam Komissiyasının növbəti iclası keçirilib.

Vəkillər Kollegiyasının mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, iclasda 19 müraciət əsasında (onlardan 5 müraciət eyni icraatda olmaqla) başlanılan intizam icraatları üzrə 14 işə baxılıb, 3 iş əlavə araşdırma aparılması üçün təxirə salınıb, 11 iş üzrə rəylər qəbul olunub: 7 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olması; 2 intizam işi üzrə vəkilin hərəkətlərində pozuntunun olmaması; 1 intizam işi üzrə vəkilin hərəkətlərinə hüquqi qiymət verilməsinin mümkün olmaması; 1 intizam işi üzrə icraata xitam verilməsinə dair məsələ qaldırılması.

Müvafiq rəy qəbul edilən işlərin 9-u fiziki şəxslərdən, 2-si isə məhkəmələrdən daxil olan müraciətlər əsasında başlanılan intizam icraatları üzrə olub. Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən işlərin 5-i fiziki şəxslərin, 2-si isə məhkəmələrin müraciətləri üzrədir.

Vəkilin hərəkətlərində pozuntunun olması barədə rəy verilən intizam işlərindən: 4 intizam işində “vəkilin hüquqi yardım göstərilməsi barədə müqavilədə nəzərdə tutulan xidmət haqqı ödənilmədən vəkil orderindən istifadə etməsi (4 vəkillə bağlı 7 fakt)”; 2 intizam işində “vəkilin qabaqcadan təyin olunan məhkəmə iclasında hər hansı üzrlü səbəb olmadan iştirak etməməsi (2 vəkillə bağlı 4 fakt)”; 1 intizam işində “vəkilin dövlət hesabına hüquqi yardımın göstərilməsi vəzifəsini lazımınca yerinə yetirməyib formal vəkilliyə yol verməsi (2 vəkillə bağlı 2 fakt)”; 1 intizam işində “vəkilin diktəsi ilə müvəkkilinə hüquqi yardımın göstərdiyi işlə bağlı ayrı-ayrı orqanlara ünvanlanmış müraciətlərdə işə baxan hakimlərə münasibətdə qeyri-etik, kobud və nalayiq ifadələrin işlədilməsi” (1 vəkillə bağlı 1 fakt); 1 intizam işində “vəkilin öz müvəkkili olan təqsirləndirilən şəxsin və dövlət orqanının ünvanına qeyri-etik, kobud və nalayiq ifadələr işlətməsi (1 vəkillə bağlı 1 fakt)”; 1 intizam işində “vəkilin hüquqi yardımın göstərilməsi haqqında müvafiq müqavilə bağlamadan, müraciət edən şəxsdən işin onun xeyrinə həllini vəd edərək müqavilədənkənar qaydada nağd şəkildə pul vəsaiti alması və heç bir iş görməməsi (1 vəkillə bağlı 1 fakt)” halları intizam pozuntusu kimi qiymətləndirilib.

OXŞAR XƏBƏRLƏR
Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

Azərbaycanda I yarımildə 8 minə yaxın ölçmə vasitəsinin monitorinqi aparılıb

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
    COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb
  • Dünən
    23:22

    Cənub rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
  • Dünən
    23:08

    Ağstafada avtomobil qəzası olub, 5 nəfər yaralanıb
  • Dünən
    22:50

    Borrell Çinin xarici işlər naziri ilə görüşdü
  • Dünən
    22:22

    Pentaqon: Peyvəndləri gözdən salmaq kampaniyası ABŞ-ın prioritetlərinə uyğun gəlmir
  • Dünən
    22:06

    Azərbaycanın ekologiya naziri Kral III Çarlzla görüşüb
  • Dünən
    21:57

    Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib
  • Dünən
    21:50

    Türkiyə ordusu 15 terrorçunu zərərsizləşdirdi
Menyu