Menyu

Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edib

Mikayıl Cabbarov vergi işçilərini peşə bayramı münasibətilə təbrik edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov vergi xidməti işçilərini peşə bayramı münasibətilə təbrik edib.

“Operativ Media” xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“11 fevral – Azərbaycanın vergi xidməti işçilərinin peşə bayramıdır. Dövlətimizin vergi orqanları vəzifə öhdəliklərini məsuliyyətlə yerinə yetirərək biznes mühitinin təkmilləşməsi, dövlət-biznes tərəfdaşlığının təşviqi və iqtisadi təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayırlar.

Şəffaflığın və vergi mədəniyyətinin yüksəldilməsi ilə səciyyələnən vergi daxilolmalarının davamlı artımı maliyyə sabitliyinə, sosial layihələrin icrasına və vətəndaşların rifahına mühüm töhfələr verir.

Bu əlamətdar gündə bütün vergi işçilərinə peşə bayramı münasibətilə təbriklərimizi çatdıraraq işlərində uğurlar və nailiyyətlər arzulayır, ölkəmizin mənafelərinə sadiqliyi və fədakar əməyi üçün təşəkkürümüzü bildiririk”, - nazir qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər