"Qırmızı Körpü" gömrük postunda 150 yük avtomobili gözləyir
Nərmin Qocamanlı
Azərbaycanla Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 150 yük avtomobili gözləyir.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər yayıb.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, Samur gömrük postunda 42, "Mazımqara" gömrük postunda 35, "Astara" gömrük postunda 148, "Biləsuvar" gömrük postunda 75, “Xanoba” gömrük postunda 5 yük avtomobili var.