Menyu

Son bir həftədə azad olunmuş ərazilərdə 162 piyada əleyhinə mina aşkarlanıb

Nərmin Qocamanlı
Son bir həftədə azad olunmuş ərazilərdə 162 piyada əleyhinə mina aşkarlanıb
1 dəq oxu

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (05.02.2024 - 11.02.2024) açıqlanıb.

ANAMA-dan "Operativ Media"ya verilən məlumata görə, Tərtər, Ağdam, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Kəlbəcər, Xankəndi, Xocalı, Cəbrayıl və Zəngilanda 162 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 836 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 908,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Əlaqəli Xəbərlər