Menyu

Vətəndaşlardan 32 ədəd müxtəlif markalı tüfəng götürülüb

Nərmin Qocamanlı
Vətəndaşlardan 32 ədəd müxtəlif markalı tüfəng götürülüb
1 dəq oxu

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, fevralın 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 3 ədəd qumbara, 3 alışdırıcı, 32 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil götürüblər.

Bundan başqa fevralın 12-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

Əlaqəli Xəbərlər