Menyu

DGK külli miqdarda aksiz markası olmayan siqaret aşkar edib

Nərmin Qocamanlı
DGK külli miqdarda aksiz markası olmayan siqaret aşkar edib

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yolla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan külli miqdarda siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən "Operativ Media"ya bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobili saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.

Yoxlama zamanı avtomobildə Azərbaycan aksiz markası ilə markalanmayan 500 blok və ya 100 min ədəd “Milano” adlı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər