Menyu

Suraxanı rayonunda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkar edilib

Nərmin Qocamanlı
Suraxanı rayonunda saxlanılan şəxsdən 3 kiloqram narkotik vasitə aşkar edilib

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü Sabir Əhmədli saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, onun üzərindən 3 kiloqram 60 qram narkotik vasitə marixuana aşkar edilib. Saxlanılan şəxs ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib. S.Əhmədli barəsində araşdırmalar davam etdirilir.

Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı daha 2 ədəd müvafiq sənədləri olmayan silah vətəndaşlar tərəfindən könüllü olaraq polisə təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər