Menyu

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şəkidə vətəndaşlarla görüşəcək

Nərmin Qocamanlı
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Şəkidə vətəndaşlarla görüşəcək

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov fevralın 21-də, saat 10:00-da Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında vətəndaşlarla görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən "Operativ Media"ya bildirilib ki, qəbul zamanı vətəndaşların Aqrar Sığorta Fondunun səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin (1652) və Aqrar Sığorta Fondunun (1651) “Çağrı Mərkəzləri”nə, eyni zamanda, Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-212-85-21) zəng etməklə qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər