Menyu

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Nərmin Qocamanlı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Bu il Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin vətəndaş qəbulunda məlumat verilib.

Dövlət Komitəsinin sədri Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini ilə görüşüb. Komitə sədri dövlət başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurda effektiv qayıdışı ilə əlaqədar verdiyi tapşırıqların icra vəziyyəti barədə görüş iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd olunub ki, Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu köçürüləcək. Qəbulda iştirak edən sakinlər doğma yurda qayıtmağa hazır olduğunu bildirib.

Həmçinin qəbulda iştirak edən vətəndaşların müraciətləri, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət, məşğulluq, işğaldan azad olunmuş ərazilərə qayıdış və digər məsələlərlə əlaqədar olub.

Vətəndaşlara bildirilib ki, müraciətləri və qaldırdıqları məsələlər araşdırılacaq, qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.

Teqlər:

"Qa\u00e7q\u0131nlar\u0131n v\u0259 M\u0259cburi K\u00f6\u00e7k\u00fcnl\u0259rin \u0130\u015fl\u0259ri \u00fczr\u0259 D\u00f6vl\u0259t Komit\u0259sinin s\u0259dri v\u0259t\u0259nda\u015flar\u0131 q\u0259bul edib"

Fotogalereya

Əlaqəli Xəbərlər