Menyu

Bakı hava limanında beynəlxalq marşrutlar üzrə 437 mindən çox sərnişin daşınıb

Nərmin Qocamanlı
Bakı hava limanında beynəlxalq marşrutlar üzrə 437 mindən çox sərnişin daşınıb

Bu ilin yanvar ayında Bakı hava limanının beynəlxalq istiqamətləri üzrə 437 mindən çox sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz artım deməkdir.

"Operativ Media" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportu məlumat verib.

Bildirilib ki, həmin dövrdə 313 min sərnişinə xidmət göstərilib.

Yanvarda 15-i aşağı büdcəli (loukoster) olmaqla, 36 aviaşirkət 4225 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,8 faizi xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 222 mindən çox, “Azərbaycan Hava Yolları” isə 215 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 47 minə yaxın sərnişin daşınıb. Bununla yanaşı, ötən ilin yanvar ayı ilə müqayisədə tranzit sərnişinlərin sayı 56 faiz artaraq 21 min nəfər təşkil edib.

Teqlər:

"Bak\u0131 hava liman\u0131nda beyn\u0259lxalq mar\u015frutlar \u00fczr\u0259 437 mind\u0259n \u00e7ox s\u0259rni\u015fin da\u015f\u0131n\u0131b"

Əlaqəli Xəbərlər