Menyu

Ötən gün 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
Ötən gün 13 kq-a yaxın narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 13-də ümumi çəkisi 12,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu baədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
  
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 6,6 kiloqramdan çox marixuana və 2 kiloqrama yaxın metamfetamin olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər