Menyu

Astara və Gəncədə avtomobillər oğurlanıb

Nərmin Qocamanlı
Astara və Gəncədə avtomobillər oğurlanıb

Astara rayonunun Siyaku kəndi ərazisində yerləşən avtomobil yuma məntəqəsindən “VAZ-21074” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə "Operativ Media"ya Daxili İşlər nazirliyindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Elnur Zaidov avtomobillə saxlanılıb. 


Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə fevralın 13-də şəhər ərazisindən “VAZ-2107” markalı avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Firuddin Rəsulov avtomobillə şəhər ərazisində saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər