Hərbi yol polisləri ilə təlim-metodiki toplantı keçirilib
Nərmin Qocamanlı
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində hərbi yol polisinin bir qrup şəxsi heyəti ilə təlim-metodiki toplantı keçirilib.
Bu barədə "Operativ Media"ya BDYP-dən məlumat verilib.
Toplantıda hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyi və Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən hərbi hissələrin sürücüləri və aidiyyəti şəxslər ilə yol hərəkət qaydalarına əməl edilməsi, hərəkət təhlükəsizliyinin təmin olunmasına dair əmrlərin tələbləri, həmçinin qarnizon hərbi hissələrinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması, onlardan öz təyinatı üzrə istifadə edilməsi, yol sənədlərinin olması və düzgün tərtib edilməsi mövzusunda maarifləndirici söhbətlər aparılıb.
Teqlər:
"H\u0259rbi yol polisl\u0259ri il\u0259 t\u0259lim-metodiki toplant\u0131 ke\u00e7irilib"