Saleh Məmmədov Salyan və Neftçala rayonlarından olan sakinləri qəbul edəcək
Nərmin Qocamanlı
Fevralın 16-da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Salyan rayonunda vətəndaşları qəbul edəcək.
"Operativ Media" Agentliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Qəbula yazılmaq istəyənlərin Salyan rayonu “44 №-li Yol İstismarı” və Neftçala rayonu “50 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.
Teqlər:
"Saleh M\u0259mm\u0259dov Salyan v\u0259 Neft\u00e7ala rayonlar\u0131ndan olan sakinl\u0259ri q\u0259bul ed\u0259c\u0259k"