Menyu

Naxçıvanda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Naxçıvanda həmkəndlisini qəsdən öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Xəbər verildiyi kimi ötən il oktyabrın 19-da Şərur rayonunun Yengicə kənd sakini 1973-cü il təvəllüdlü Fariz Ağayevin qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Prokurorluğu məlumat yayıb.

İstintaqla 1994-cü il təvəllüdlü Elvin Zaxarovun həmkəndlisi Fariz Ağayevi aralarında yaranmış mübahisə zamanı kənd ərazisində  bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Elvin Zaxarova Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə),  maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"Nax\u00e7\u0131vanda h\u0259mk\u0259ndlisini q\u0259sd\u0259n \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xsin m\u0259hk\u0259m\u0259si ba\u015flay\u0131r"

Əlaqəli Xəbərlər