Menyu

️ Qubada narkotikin təsiri altında avtomobil idarə edən 4 sürücü saxlanılıb

Nərmin Qocamanlı
️ Qubada narkotikin təsiri altında avtomobil idarə edən 4 sürücü saxlanılıb

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində xidmətdə olarkən bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən həmin sürücülərdən bir neçəsinin narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr olduğundan onlar tibbi müayinədən keçiriliblər. Müayinənin nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Beləliklə onların barələrində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində   inzibati qaydada həbs, Murtuz  Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növləri seçilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər