Menyu

Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

Nərmin Qocamanlı
Azərbaycanda 15 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fevralın 13-də keçirdiyi növbəti hərracda 15 nəqliyyat vasitəsi satılıb.

"Operativ Media" Dövlət Xidmətində istinadən xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 74 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda “İveco” markalı avtobusun start qiyməti 7 500 manat olsa da, son təklif 28 200 manata yüksəlib. İlkin qiyməti 3 500 manat olan “VAZ-21214” markalı avtomobil isə 4 800 manata özəlləşdirilib.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/38pZ6E linki vasitəsilə tanış olmaq mümkündür.

Teqlər:

"Az\u0259rbaycanda 15 n\u0259qliyyat vasit\u0259si \u00f6z\u0259ll\u0259\u015fdirilib"

Əlaqəli Xəbərlər