Menyu

AYNA: 142 nömrəli avtobus nağdsız ödəniş sisteminə keçir

Nərmin Qocamanlı
AYNA: 142 nömrəli avtobus nağdsız ödəniş sisteminə keçir
1 dəq oxu

AYNA tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən "Operativ Media"ya verilən xəbərə görə, fevralın 17-dən "20 Yanvar" metrostansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrutu nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Əlaqəli Xəbərlər