Menyu

Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilib

Nərmin Qocamanlı
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə üzrə müsahibə elan edilir.

Bu barədə "Operativ Media"ya Baş Prokurorluqdan məlumat verilb.

Müsahibədə iştirak etmək istəyən namizədlər 14 mart 2024-cü il saat 18:00-dək Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibəyə təqdim edilmiş vakant vəzifə barədə buradan https://exidmet.dim.gov.az/dqq/Elan/MsbElanlar məlumat əldə edə bilərsiniz.

Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.

Müsahibə ilə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsindən (www.dim.gov.az) əldə edə bilərsiniz.

Teqlər:

"Vakant d\u00f6vl\u0259t qullu\u011fu v\u0259zif\u0259sinin tutulmas\u0131 \u00fc\u00e7\u00fcn m\u00fcsabiq\u0259 \u00fczr\u0259 m\u00fcsahib\u0259 elan edilib"

Əlaqəli Xəbərlər