Menyu

Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nərmin Qocamanlı
Masallı sakinindən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Eldəniz Mirzəyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən baxış zamanı onun əlindəki çantadan 4 kiloqram 500 qram marixuana, 1 kiloqram heroin, 1 kikoqram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırmalarla narkokuryerliyə cəlb edilən E.Mirzəyevin ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən həmin narkotik vasitə və psixotrop maddəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

 Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər