Menyu

Xankəndidə silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Xankəndidə silah-sursat aşkarlanıb
1 dəq oxu

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 15-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 6 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 3 tüfəng, 8 ədəd qumbara, 44 ədəd patron darağı, 3114 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Əlaqəli Xəbərlər