Menyu

Şamaxıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində tədbir görülüb

Nərmin Qocamanlı
Şamaxıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü barəsində tədbir görülüb

Şamaxı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə,  “VAZ-2106” markalı avtomobilin sürücüsü, paytaxt sakini İlham Ağamirov yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuanadan istifadə etdiyi sübuta yetirilib.
İ.Ağamirov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 600 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Teqlər:

"\u015eamax\u0131da narkotikin t\u0259siri alt\u0131nda avtomobil idar\u0259 ed\u0259n s\u00fcr\u00fcc\u00fc bar\u0259sind\u0259 t\u0259dbir g\u00f6r\u00fcl\u00fcb"

Əlaqəli Xəbərlər