Menyu

Azərbaycan Qazaxıstanda axtarışda olan şəxsi qarşı tərəfə təhvil verib

Nərmin Qocamanlı
Azərbaycan Qazaxıstanda axtarışda olan şəxsi qarşı tərəfə təhvil verib

Qazaxıstanın hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qaçaqmalçılıqda təqsirləndirilərək 2021-ci ildə beynəlxalq axtarışa verilmiş, Türkiyə Respublikasının vətəndaşı, 1988-ci il təvəllüdlü Fatih Akdağın verilməsinə dair Qazaxıstan Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Fatih Akdağ 2023-cü ilin iyul ayında ölkəmizdə müəyyən edilib və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Qazaxıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Teqlər:

"Az\u0259rbaycan Qazax\u0131standa axtar\u0131\u015fda olan \u015f\u0259xsi qar\u015f\u0131 t\u0259r\u0259f\u0259 t\u0259hvil verib"

Əlaqəli Xəbərlər