Menyu

DYP: Avtomobil yolunun kənarında silah aşkar edilib

Nərmin Qocamanlı
DYP: Avtomobil yolunun kənarında silah aşkar edilib

Ötən gün YPX əməkdaşları respublika əhəmiyyətli avtomobil yolunun kənarında silah aşkar edib.

DYP-dən "Operativ Media"ya verilən məlumata görə, Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Qusar rayonu, Quxuroba kəndi ərazisindən keçən hissəsində xidmət aparan YPX Alayının əməkdaşları tərəfindən yolun kənarında, torpaq sahədə kisəyə bükülmüş qoşalülə ov tüfəngi aşkar edilib. Götürülən silah sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhvil verilib.

Ümumiyyətlə, ötən il ərzində DYP xidmətinin əməkdaşları tərəfində 14 avtomat,  11 tüfəng, 1 tapança, 30 avtomat sandıqcası, 3 əl qumbarası, süngü bıçaq, döyüş patronu olmaqla xeyli sayda silah-sursat aşkar olunub.

DYP xidməti inzibati hüquqpozmalarla yanaşı, cinayətkarlığa qarşı mübarizə tədbirlərini də əzmlə davam etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər