16 Fevral 2024, 18:02
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib şəkil
Azərbaycanda saxlanılan Rusiya vətəndaşı ölkəsinə ekstradisiya edilib

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 196-cı maddəsi (Qəsdən müflisləşmə) ilə təqsirləndirilərək, həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş 1966-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Qolubev Vladislav Vladimiroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, V.V.Qolubev ötən il noyabrın 11-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə bu gün Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Son xəbərlər
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
"İçərişəhər" stansiyasında retro vaqonların nümayişinə başlanılacaq
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qubada “Səkinə xanım” məscidini ziyarət edib
Leyla Əliyeva Qırmızı qəsəbədəki Dağ Yəhudiləri Muzeyini ziyarət edib
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib
Avropa Komissiyasının rəhbəri qarşıdakı 5 ilin əsas planını açıqlayıb
Azərbaycan II Liqa: "Şəfa" darmadağınla qalib gəldi