17 Fevral 2024, 09:11
Lənkəranda 40 min manatdan artıq pulu mənimsəyən şəxs saxlanılıb
Lənkəranda  40 min manatdan artıq pulu mənimsəyən şəxs saxlanılıb şəkil
Lənkəranda 40 min manatdan artıq pulu mənimsəyən şəxs saxlanılıb

Özünü hüquq mühafizə orqanlarından birinin əməkdaşı kimi təqdim edərək dələduzluq yolu ilə Lənkəran sakininin 40 min manatdan artıq pulunu mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində etibardan sui istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vuraraq dələduzluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Tural Əliyev saxlanılıb.

Belə ki, həmin şəxs Lənkəran rayon sakini olan bir nəfərə özünü hüquq mühafizə oqranlarından birinin əməkdaşı kimi təqdim edərək övladını həbsdən azad etdirmək və digər məsələlər barədə yalan vədlər verərək dələduzluq yolu ilə ümumilikdə 40 min manatdan artıq pulunu mənimsəyib.

Bundan başqa T.Əliyevin digər bir nəfər Lənkəran sakinini iş yerini dəyişməyə kömək edəcəyi adı ilə aldadaraq 5 min manata yaxın pulunu mənimsədiyi müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Ağ Ev Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB2
Leyla Əliyeva Qubada Qırmızı qəsəbədə “Altı günbəz” sinaqoqu ilə tanış olub
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb