17 Fevral 2024, 10:00
Bakıda sürücü yol nəqliyyat hadisəsi törətdikdən sonra qaçıb
Bakıda sürücü yol nəqliyyat hadisəsi törətdikdən sonra qaçıb şəkil
Bakıda sürücü yol nəqliyyat hadisəsi törətdikdən sonra qaçıb

Yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan daha bir sürücü DYP əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.

Baş DYP İdarəsindən "Operativ Media"ya verilən məlumata görə, paytaxt ərazisində "MAZ" markalı 33-ZA-043 nömrə nişanlı yük avtomobilinin yol nəqliyyat hadisəsi törədərək daha sonra hadisə yerindən uzaqlaşması barədə 050-800-09-02 whatsapp nömrəsinə daxil olmuş videomüraciət əsasında araşdırma aparılıb, qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü Yaşar Hüseynov DYP əməkdaşları tərəfindən müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.

Baş DYP İdarəsi bir daha bütün sürücülərdən yol nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmağa cəhd etməmələrini tələb edir, bu hərəkətləri ilə barələrində tətbiq ediləcək cəzanı ağırlaşdırdıqlarını diqqətlərinə çatdırır.

Son xəbərlər
Kreml Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"