Menyu

Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı mövzusunda tədbir keçirilib

Nərmin Qocamanlı
Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvə və vasitələri cəlb olunub.

Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə “baş vermiş” yanğını qısa müddətdə “söndürüb”, deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalmış “zərərçəkmişləri” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, habelə “cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verib” və qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər