Menyu

Prezident İlham Əliyev ABŞ nümayəndəsini COP29-da iştirak etmək üçün Azərbaycana dəvət edib

Nərmin Qocamanlı
Prezident İlham Əliyev ABŞ nümayəndəsini COP29-da iştirak etmək üçün Azərbaycana dəvət edib
1 dəq oxu

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.

"Operativ Media" xəbər verir ki, Prezident İlham Əliyev fevralın 17-də Münxendə Con Kerri ilə görüşü zamanı onu COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Con Kerri isə COP29-da məmnuniyyətlə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, COP29 cari ilin noyabrında Azərbaycanda keçiriləcək.

Əlaqəli Xəbərlər