Menyu

Sumqayıtda avtomobil yük maşını ilə toqquşub, xəsarət alanlar var

Nərmin Qocamanlı
Sumqayıtda avtomobil yük maşını ilə toqquşub, xəsarət alanlar var
1 dəq oxu

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

"Operativ Media" məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, "İsuzu" markalı yük avtomobili ilə "Toyota Prius" markalı avtomobil toqquşub. Nəticədə "İsuzu" aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı "Toyota Prius"un sürücüsü Vüsal Hacılı və bir sərnişin xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Əlaqəli Xəbərlər