Menyu

İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələri su basıb

Nərmin Qocamanlı
İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələri su basıb
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Nazirliyin mətbuat xidmətindən "Opetativ Media"ya bildirilib ki, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Əlaqəli Xəbərlər