Menyu

Hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb

Nərmin Qocamanlı
Hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili üçün lazımi şərait yaradılıb

Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkili, hərtərəfli mənalı istirahəti və maarifləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir. 
Hərbi qulluqçuların, xüsusilə də əsgərlərin klassik və digər janrlarda kitablar oxuması, müxtəlif ədəbiyyat növləri ilə tanış olması, oxuduqları mövzuların qarşılıqlı müzakirə edilməsi məqsədilə hərbi hissələrdə hər cür şərait yaradılıb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyalarında toplanan kitablar çətin relyefli dağlıq ərazilərdə yerləşən bölmələr də daxil olmaqla bütün hərbi hissələrə göndərilib.
Bu kimi tədbirlərin icrası ilə hərbi qulluqçuların kitab oxumağa olan həvəsi daha da artırılır, asudə vaxtları səmərəli və faydalı təşkil edilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər