Menyu

Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nərmin Qocamanlı
Nəsimi rayonunda silah və narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıblar

Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Kamran Abuzərov saxlanılıb. Həmin şəxsdən “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb. K.Abuzərov silahı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə narkotiklərin  qanunsuz dövriyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Məmməd Vəliyev saxlanılıb. Ondan satmaq məqsədi ilə əldə etdiyi 1 kiloqram 950 qram narkotik vasitə olan  heroin aşkar edilərək götürülüb. 

Həmçinin, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən son günlər keçirilən tədbirlər zamanı müxtəlif şəxslərdən ümumilikdə 2 ədəd “Kalaşnikov” avtomatı, 5 ədəd “Makarov” konstruksiyalı tapança, 60 ədəd patron, 7 ədəd patron darağı əməliyyat yolu ilə aşkar edilərək götürülüb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər