Menyu

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Nərmin Qocamanlı
Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ötən ilin noyabrın 2-də Binəqədi rayonu ərazisində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.  

Binəqədi rayon prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, istintaqla 1981-ci il təvəllüdlü Qədir Qasımovun tanışı Zülfiyyə Xamoyevanın yaşadığı mənzilə qanunsuz daxil olub  bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qədir Qasımova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər:

"Q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259kd\u0259 t\u0259qsirl\u0259ndiril\u0259n \u015f\u0259xs bar\u0259sind\u0259 cinay\u0259t i\u015fi m\u0259hk\u0259m\u0259y\u0259 g\u00f6nd\u0259rilib"

Əlaqəli Xəbərlər