Menyu

Hava hücumundan müdafiə bölmələrinin peşəkarlığı artırılır - VİDEO

Nərmin Qocamanlı
Hava hücumundan müdafiə bölmələrinin peşəkarlığı artırılır - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, hava hücumundan müdafiə bölmələrinin şəxsi heyəti ilə məşğələlər keçirilir.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, məşğələlər zamanı həyəcan siqnalı ilə qaldırılan S-300 “Favorit” zenit-raket komplekslərinin divizionlarının döyüş heyətləri texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi, obyektlərin hava hücumundan mühafizəsi, şərti düşmənin raket zərbələrinin dəf edilməsi, eləcə də digər tapşırıqları icra edirlər.

Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların nəzəri bilik və praktiki vərdişlərinin artırılması, həmçinin hava hücumundan müdafiə bölmələrinin döyüş hazırlığının daima yüksək səviyyədə saxlanılmasıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər