Menyu

KOB-ların layihələrinin maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi elan edilib

Nərmin Qocamanlı
KOB-ların layihələrinin maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi elan edilib

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir.

"Operativ Media" Agentliyin məlumatına istinadən xəbər verir ki, müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq keçirilir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu 4 mart saat 09:00-dan 2 aprel saat 18:00-dək aparılacaq.

Müsabiqənin şərtləri ilə KOBİA-nın rəsmi səhifəsindən tanış olmaq olar: https://u.to/uw1jIA

Teqlər:

"KOB-lar\u0131n layih\u0259l\u0259rinin maliyy\u0259l\u0259\u015fdirilm\u0259si m\u0259qs\u0259dil\u0259 5-ci qrant m\u00fcsabiq\u0259si elan edilib"

Əlaqəli Xəbərlər